Xırdalan sakini tikinti şirkəti tərəfindən fırıldaqla üzləşib

img

28-01-2015 [12:55]


Xırdalan şəhər "Quşçuluq” yaşayış massivi 3-cü keçə, döngə 1, ev 9 da yaşayan Malik Hüseynov tikinti şirkəti tərəfindən aldadılıb. O, 9 il əvvəl müqavilə ilə satılan mənzilin pulununn bir hissəsini ödəsə də, tikintinin yarımçıq qalması və sonradan başına açılan oyunlar onu rəsmi şiayətə sövq edib:

"Hörmətli redaksiya sizə müraciət edərək bildirirəm ki, mən Hüseynov Malik Oruc oğlu (Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 3-cü küçə, döngə 1, ev 9-da qeydiyyatda olan), 2006-cı ildə Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 1 saylı ünvanda "Fuad LTD” firması tərəfindən inşa edilən yaşayış binasından valideyinlərim ücün 121 saylı mənzilin dəyərini tam və özüm ücün isə 122 saylı mənzilin dəyərinin yarısını ödəməklə müqavilə yolu ilə almışam. Binada işlər 2009- cu ilədək davam edib, lakin 2009-cu ildən etibarən "Fuad LTD” firması tikintini davam etdirə bilmədiyi üçün sakinlər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdilər. Sakinlərin şikayətindən sonra istintaq başlandı və mən həmin istintaqda zərərcəkmiş şəxs qismində tanınmışam. 

İstintaqdan sonra bizə məlum olmayan səbəbdən tikintinin davam etdirilməsi "Abşeron LTD 2013” (VÖEN 10000 58691) adlı firma həyata kecirməyə başladı. Həmçinin "Abşeron LTD-2013” adlı şirkətə zərərçəkənlərin evlərinin tikilib təhvil verilməsi hüquqi varis kimi onlarin üzərinə qoyuldu. 

Ancaq 2006-ci ildə aldığım mənzilimi "Abşeron LTD 2013” - in rəhbərləri Azər Tağiyev və Araz  adli səxslər 07 dekabr 2014 -cu il tarixdə qeyri-qanuni olaraq 2-ci dəfə kənar adama satıblar. Hazırda mənə məxsus olan mənzildə basqa şəxs tərəfindən təmir işi aparilir və mən ailəmlə uzun müddətdir kirayələrdə qalmağa məhkum olunmuşam”.

Şikayətçi aidiyyatı qurumlardan bu məsələ ilə maraqlanıb, kömək göstərilməsini xahiş edib.

Qarşı tərəfin mövqeyini də dinləməy hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR