“Arif Hacılı yalan danışır, dediklərinin əsası yoxdur” - Qubad İbadoğlu

img

28-01-2015 [12:46]


"Arif Hacılının dedikləri yanlış yanaşmadır. Hiss olunur ki, emosional yazılıb”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu deyib.


Onun sözlərinə görə, artıq Müsavat rəhbərliyi partiya daxilində baş verənləri kiminsə üzərinə atmaqda israrlıdır: "Eyni zamanda, bu partiyanın son 4 ayda uğursuzluğundan ortaya çıxan bir nəticədir. İndiki halda da müsavatçıların partiyanın son 4 aydakı fəaliyyətindən narazı qaldıqlarını dərk etdikdən sonra günahı kiminsə üzərinə atmaq xəttini yeridirlər. Təkcə Arif Hacılı deyi, eləcə də Divan üzvlərinin belə statusları sosial şəbəkələrdə yayılır. Deyilənlər hamısı yalandır. Heç birinin əsası yoxdur, arqumentsizdir”.


Qubad İbadoğlu dəfələrlə Müsavat Partiyası ilə birgə müzakirələrin keçirilməsi təşəbbüsünü verdiyini də deyib: "Ümumiyyətlə, qarşıdurmaların yaranmasında maraqlı deyiləm. Aqressiv yanaşmalar cəmiyyətdə suallar doğurur ki, nədən illərlə bir yerdə fəaliyyət göstərən adamlar, indi bir-birlərinə qarşı bu dərəcədə aqressivdirlər?! Təklif etmişəm ki, yanvar ayının 31-də Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə anım tədbirindən sonra Müsavat Partiyasının qərargahında yığışaq. Geniş formatda partiya üzvləri ilə açıq söhbət edək. Amma müzakirələrdən qaçırlar. Çünki müzakirələrdə arqumentli danışmaq imkanları yoxdur. Belə statuslarla ictimai rəyi çaşdırmaq istəyirlər. Qərarların qəbulunda biz iştirak etmirik, qərarların qəbuluna təsir imkanlarımız yoxdur. Bütün bunların məsuliyyətini özləri daşımalıdır. Hesab edirəm ki, bu istiqamətdə müzakirələr olmalıdır. Bu müzakirələr Müsavat Partiyasını düşdüyü böhrandan çıxara bilər. Təəssüflər olsun ki, geniş formatlı müzakirələr getmir. Onlar müzakirələri bağlı qapı arxasında aparmaq istəyirlər. Ancaq bunları deyə bilərəm”.


Qeyd edək ki, Müsavat başqanı Arif Hacıl özünün "Facebook” səhifəsində yazıb ki, Qubad İbadoğlu Müsavata vura biləcəyi bütün zərbələri vurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR