Elman Rüstəmovun modelyer qızından Parisdə daha bir təqdimat-Fotolar

img

28-01-2015 [11:26]


Dünən Parisdə Gyunel moda evinin "33 by Gyunel" kolleksiyasına daxil olan aksessuarların təqdimatı keçirilib.

Mia.az buro247.az-a istinadən xəbər verir ki, azərbaycanlı dizayner Günel Rüstəmovanın rəhbərlik etdiyi brendin "The Westin Paris - Vendôme" otelində baş tutan təqdimatında moda dünyasının tanınmış simaları, eləcə də media nümayəndələri iştirak ediblər. Tədbir maraqlı şou ilə başlayıb: Gyunel çantalarının fərqliliyini diqqətə çatdırmaq məqsədilə qurulan tamaşada pantomim aktyorları iştirak ediblər.

Qeyd edək ki, ötən il Londonda keçirilən xeyriyyə hərraclarından birində Gyunel brendinin çantası 10 min 200 avroya satılmışdı.

Onu da əlavə edək ki, Günel Rüstəmova Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun qızıdır. O, "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin həyat yoldaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR