Məhkəmə sədrini kimlər döymək istəyib? - Lənkəranda şok olay

img

27-01-2015 [19:25]


Ötən gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin qapısını məhkumlardan birinin dörd qohumunun kəsdiyi haqda məlumatlar yayılıb. 

Mia.az Aktual.az-a istinadən xəbər verir ki, əl-qol atmağa qədər gərginləşən olaya səbəb məhkəmə sədrinin icraatında olan cinayət işinin "həlli” üçün "müştəri”dən 70 000 (yetmiş min) manat məbləğində rüşvət alması olub və hakim Natiq Əliyevin vəd etdiyi qərarı verməməsi məhkəmə sədrinə etiraz əlaməti olaraq gərginləşən insidentlə nəticələnib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsindən adının çəkilməsini istəməyən şəxs Aktual.az-a baş verən olayın doğruluğunu təsdiqləyib: "Bəli, belə bir hadisə olub”, - deyə cavab verib. 

Müxbirimiz  baş verənlərin təfərrüatı ilə maraqlananda isə həmin şəxs: "Hadisə elə yazılan kimi olub”, - deyə bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR