Rəqsanə təhsillə toyxananı qarışdırdı - müğənnidən qızı ilə bağlı açıqlama (FOTOLAR)

img

27-01-2015 [15:45]


Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun İsmayılova açdığı geyim butikinin adını dəyişib. 

Bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı özü deyib. O, mağazanın martda açılacağını bildirib(Fotoları aşağıda verilib). Bu müddətdə isə müğənninin qızı Türkiyədə təhsil alacaq:

"Aysun Moskvada qiyabi təhsil alacaq. Eyni zamanda Türkiyədə də oxuyacaq. Amma əvvəlcədən danışmışıq ki, orada hər gün dərsə getməyəcək. Çünki buradakı işləri ilə də məşğul olmalıdır. Qızım mağazaya əvvəl öz adını qoysa da, sonradan dəyişib "Force” etdi.  Dizayn işləri tamamlanmaq üzrədir. Dekorasiya üçün Türkiyədən dizaynerlərə müraciət etmişik”.

Mia.az xəbər verir ki, Rəqsanə bu açıqlaması ilə özünü biabır edib. Ən əvvəl ona görə ki, təhsil nə biznes, nə də toyxanadır. Rəqsanə isə deyir ki,  "əvvəlcədən danışmışıq ki, orada hər gün dərsə getməyəcək". Əgər bunun əksidirsə, o zaman ya qızının adı təhsilə aidiyyatı olmayan sahəyə saxta yazılıb, ya da müğənnin kökündən yalan danışır. Digər tərəfdən Azərbaycan qanunları bir şəxsin eyni anda iki ali təhsil almasını qadağan edir. Bundan əlavə, hər bir şəxsin orta məktəbi bitirməsi haqda bir attestatı olur. Və qəbulda da yalnız həmin attestat təqdim edilir. Bu,  təhsilin qanuniliyini müəyyənləşdirən amillərdən biri, bəlkə də elə birincisisidir.  Rəqsanə isə qızının iki attestatı necə alması və necə iki təhsil müəssisəsinə eyni vaxtda daxil olub, oxumasına aydınlıq gətirmədən, deyir ki, "dərslərə getməsə də, Aysun Moskvada qiyabi, Türkiyədə isə əyani oxuyacaq".

 Digər yandan, deyək ki, Rəqsanə bu sədləri də qanunlara rəğmən aşıb. Bəs, 4 il sonra Təhsil Nazirliyi onun qızının diplomunun qanunilyini taniyacaqmı? Və ona ixtisas uyğunluğu şəhadətnaməsi verəcəkmi? 

Bax, əsl mərəkkə o zaman qopacaq...

Mia.az

 

 

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR