Müxalifət təxribat hazırlığındadır-Partiya sədrindən şok açıqlama

img

27-01-2015 [14:34]


"Artıq AXCP və Müsavat düşmən deyil. Çünki, onlara bir yerdə olmaları ilə bağlı Qərbdən, Avropa dövlətlərindən tapşırıqları gəlib”. Bunu SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

H. Hacıyev qeyd edib ki, bu gün bəzi partiyalar Müsavatla əməkdaşlıq etməyə çalışsalar da Arif Hacılı buna getmir: "Amma, Arif Hacılı çalışır ki, Əli Kərimli ilə bir yerdə olsun. Sual oluna bilər ki, bu gün onları birləşdirən nədir? Bu gün onları birləşdirən Azərbaycan dövlətinə zərbə vurmaq ideyasıdır. Hesab edirəm ki, bu məsələ ciddi şəkildə diqqətdə saxlanılmalıdır. Əli Kərimli "Milli Şura”nın toplantısındakı çıxışında deyir: "Hakimiyyət müxalifətin pərakəndəliyin xalqa sübut etməyə çalışır. Amma, biz pərakəndə deyilik. Ona görə də istənilən vaxt müəyyən qüvvələrlə bir araya gəlib, lazımı addımlar atacağıq”. Buradan da hər şey aydın görünür. Çünki, Əli Kərimli bir həfta bundan öncə başqa fikir söyləyirdi. Ancaq, "Milli Şura”nın toplantısındakı çıxışında başqa fakir bildirdi. Ona görə də Qərbin agentura şəbəkəsi birləşib Azərbaycanda istədiklərini həyata keçirmək üçün təxribat xarakterli müəyyən addımlar atacaqlar. Artıq onların planları cızılıb. Bunlar həmin planları Qərb dairələrinə göndəriblər. İndi də gözləyirlər ki, bu plan təsdiq olunsun və pullar ayrılsın. Bu məsələ həll olunmaq üzrədir. Yaxın vaxtlarda onların nə oyunlardan çıxacağının şahidi olacağıq. Hesab edirəm ki, bu təxribatlara qarşı Azərbaycanda milli müxalifət ətrafında böyük qüvvələrin birliyi lazımdır”.

H. Hacıyev vurğulayıb ki, nə Arif Hacılının, nə də Əli Kərimlinin Məmməd Əmin Rəsulzadəyə heç bir aidiyyatı yoxdur: "Əli Kərimli və Arif Hacılı başqa-başqa adamlardır. Qeyd edim ki, Məmməd Əmin Rəsulzadənin fəaliyyətində heç vaxt satqınlıq, xarici kəşfiyyata işləmək olmayıb. Məmməd Əmin Rəsulzadə bilsəydi ki, bunlar onun adından istifadə edərək müxtəlif oyunlardan çıxırlar, bəlkə də goru çatlayardı. Yəni, bu "maşenniklər” Məmməd Əmin Rəsulzadənin adından istifadə edərək narazı elektoratı ətraflarına yığmağa çalışırlar. Bununla da Qərbə demək istəyirlər ki, 2015 il üçün pullarını ayırsın. Hesab edirəm ki, onlar mənəviyyatsız adamlardır. Belə adamların bir yerdə olub, yenidən birləşməsi və sonradan yenə də ayrılmaları küçə qadınlarının tez-tez birinə gedib, boşanması kimi bir şeydir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR