Kobani azad edildi, Bərzani təbrik yaydı

img

27-01-2015 [09:36]


Türkiyənin Suriya ilə sərhədindəki Kobani şəhəri azad edilib. 
 
Bu gecə saatlarında yayılan xəbərdə bildirir ki, İŞİD Kobanidən çıxarılıb. 
 
İraqın Kürdüstan bölgəsinin başçısı Məsud Bərzani təbrik mesajı göndərib: 
 
"Bu qələbə bütün Kürdüstan xalqının qələbəsidir. İnsanlığın terror vəhşiliyinə qarşı qələbəsidir. Kobanidə müqavimət göstərən döyüşçüləri və onlara dəstək olan qəhrəman peşmərgə qardaşlarımın bu mövqeyini yüsək qiymətləndirir, hamısının əllərindən və gözlərindən öpürəm”.
 
Koalisiya qüvvələrinə davamlı dəstəyə görə təşəkkür edən Bərzani Türkiyənin də yardımını xüsusi qeyd edib: 
 
"Qəhrəman Kobani, müqavimət göstərib iradəli davrandığı üçün yıxılmadı. Vətən və torpaq üçün verilən qurbanlar böyük şərəfdir. Xalqımız övladlarını terrorla müharibədə qurbanlar verdi və bənzərsiz bir qəhrəmanlıq nümunəsi sərgilədi”(axar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR