DYP rəisinə qarşı sərt ittiham - özəl

img

26-01-2015 [14:32]



Dövlət Yol Polisi əməkdaşlarının daha bir qanunsuzluğu üzə çıxıb. Bu barədə Mia.az-a Salyan rayon sakini Fariz Dadaşov məlumat verib.

Şikayətçi bildirib ki, 24 yanvar tarixində saat 12.55 radələrində Salyan rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Eldəniz İmranovun da olduğu xidməti maşından ona «dur» işarəsi verilib və bütün qanunsuzluqlar bundan sonra bavş verib: «Mən maşını saxladım. Yol poilisi əməkdaşı mənə yaxınlaşaraq, «rəis maşındadır, sakit ol» dedi. Mən isə etirzımı bildiridim ki, rəis maşında olanda nə olar ki, əgər qaydanı pozmuşamsa, prokol tərtib edin. Bundan sonra qanunsuz olaraq, 90 LR 211 dövlən nömrə nişanlı maşınımı cərimə meydançasına apardılar. Təbii ki, sakit oturmadın, müxtəlif instansiyalara müraciət etdim. Bundan narahat olan rəis mənə xəbər göndərdi ki, gəlsin, protokol tərtib eləsinlər. Əgər mən qaydanı pozmuşdumsa, niyə həmin an protokol yazılmadı. Bunun qarşılığında isə dedi ki, o boyda obyektiniz var, hörmət eləmirsiz, belə davam eləsən, o biri maşınlarınıza qarşı cərimələr tətbiq olunacaq. 700 manat maaş alan polis rəisi BMV X6-nı necə sürür? On beş gün bundan əvvəlr içikli vəziyyətə avto-nəqliyyat hadisəsi törədib, vaz 21 07 markalı maşını əzib. Bunu Salyanda hamı bilir».

F.Dalaşovun sözlərinə görə, yol polis rəisi Eldəniz İmranov şikayətə məhəl qoymur. Belə ki, o, bütün narazılara «mən bura ikinci dəfə gəlmişəm, hara şikayət edirsiz, edin» deyir: «Bu dəqiqə də maşını cərimə meydançasındadır. Deyir ki, səni süründürəcəyəm. Məni tanımaya-tanımaya 200 manat pul istəyirlər. Mən də heç kim pul verən deyiləm, sizin vasitənizlə, Prezidentə müraciət edirəm ki, bu cür haqsızlıqların qarşısının alınması üçün göstəriş versin».

Məsələylə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istəsək də, mümkün olmadı.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub