“Xəzər” televiziyasında manatı cıran aparıcı və rejissor cəzalandırıldı - VİDEO

img

23-01-2015 [17:57]


"Aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıb və baş verənlərə görə tamaşaçılardan üzr istəyirik”.

Bunu  Modern.az-a açıqlamasında "Xəzər” televiziyasının sözçüsü Aqşin Kamal bildirib.  "Xəzər” televiziyası 2007-ci ildə "Ailənizin Xəzəri ” devizi altında yayıma başlayıb və qısa müddətdə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy- kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir”.  

O qeyd edib ki, bu gün "Xəzər” televiziyasında yayımlanan "Hər şey daxil” verilişində arzuolunmaz hal baş verib: "Belə ki, aparıcı ifa etdiyi "Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəyib və bu zaman qeyri-ixtiyari milli valyutamız olan manatı cırıb.

Məsələ ilə bağlı "Xəzər” televiziyası rəhbərliyi dərhal toplantı keçirmiş və bu addım qətiyyətlə pislənilib və əməkdaşlar cəzalandırılıb”. 

Mia.az aparıcıların olay yaradan videosunu yenidən təqdim edir:




Digər xəbərlər
SON XƏBƏRLƏR