Şərif Ağayar Rəşad Məcidə meydan oxudu

img

22-01-2015 [21:15]


Yazıçı Şərif Ağayar şair-publisist Rəşad Məcidin ittihamlarına cavab verib.

Ş.Ağayarın Kulis.az saytında dərc olunan yazısında qeyd olunur: 
 
"Mən olsam, Anarın aysberqə çırpılmış gəmisi üçün belə canfəşanlıq eləməzdim. Bir az tədbirli olar adam...  Ömrünü vaxtı keçmiş bir adamın müdafiəsinə həsr eləməz. Onun bütün əməllərinin altına imza atmayın. İnanın, peşman olacaqsız.
 
Son bir ildə Ayxan Ayvazla oturub çörək belə yeməmişəm. Onun AYB-dən çıxmağından, AYB-yə qayıtmağından və məlum müsahibəsindən xəbəri olanın, evi yıxılsın. Yoxsa yalan danışanın "haramlar üstündəki səltənəti” başına uçsun".
 
Daha sonra Ş.Ağayar yazır: "Məni başqa heç cür ləkələyə bilməyib haqqımda "içki düşkünü” obrazı yaratmağınız köhnə NKVD şantajıdır. Şərif Ağayar ölkənin ən məşhur saytlarından birində çalışır, həftənin 6 günü işdə, qalan vaxtı dostlarının, yaxınlarının əhatəsindədir. İçki asılılığı olsaydı, görər, hiss edər, narahat olar, tədbir görərdilər.
 
İçki bir az şəxsi məsələdir. Kim içir, içmir, bu məni maraqlandırmır. Ancaq çevirib-çevirib dəfələrlə dediyiniz üçün cavab verməyə məcburam: gəlin, gedib yoxlamadan keçək, ikimizdən hansımızın qanında alkoqol çox olsa, mətbuat konfransı keçirib, bütün medianın qarşısında heç nə yox, alnına iki çırtma vursunlar!"  
 
Yazıçı qeyd edir: "Cavan bir uşaq repressiya üsullarınızı açıb ortaya qoyub, cavab verə bilmirsiz, başlamısız ona-buna şər-böhtan atmağa. Ayıbdı, vallah. Başınızı quma soxmusuz, elə bilirsiz sizi görən yoxdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR