Daha bir icra başçısının oğlu haqda ilginc xəbər

img

22-01-2015 [20:35]


Salyan rayon İcra Hakimiyyəti başçısı Tahir Kərimovun oğlu bir neçə il bundan əvvəl qurduğu biznesi iflasa uğrayıb. 

Məlumata görə, Rumıniyadakı dərman zavodları ilə sıx əlaqə quran icra başçısının oğlu Həmzə Kərimov bir müddətdən sonra Azərbaycana dərman pereparatlarının idxalına başlayb:

"Bu yaxınlarda isə məlum olub ki, Həmzə Kərimovun Bakıya göndərdiyi dərman pereparatları aşağı keyfiyyətli olmaqla yanaşı, həm də lazımi bazar tapa bilmədiyindən anbarlarda yığılıb qalıb. Üstəlik, bu zaman icra başçısının oğluna dəyən zərərin bir milyon dollara yaxın olduğu iddia edilir. Həmzə Kərimov bununla əlaqədar təcili Bakıya gələrək, vəziyyəti düzəltməyə çalışsa da, bir nəticə hasil olmayıb"(Veteninfo.az).

Xəbərlə bağlı qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb. Həmzə Kərimovu da dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR