Ən seksual siyasətçinin dekoltesi qalmaqal yaratdı (FOTO)

img

21-01-2015 [10:17]


Danimarkalı siyasətçinin geyindiyi ziyafət paltarı qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, yerli seçkilərdə mühafizəkarlar partiyasının üzvü seçilən 20 yaşlı Nikita Klaestrup həm də "ən seksual siyasətçi" adı ilə tanınır.

Əyləncə gecəsi onun üzvü olduğu partiyanın 110 illiyi ilə bağlı keçirilib. 20 yaşlı politoloq gecəyə ətəyi uzun lakin sinə dekoltesi həddindən artıq dərin olan geyimlə qatılıb.

O, həddindən artıq seksual geyiminə görə tənqid atəşinə tutulub. Mühafizəkarlar partiyasının gənclik təşkilatının üzvü olan Nikita isə bundan sonrada istədiyi kimi geyinəcəyini deyərək tənqidçiləri susdurub.

Gənc qızın mətbuata qapalı olan gecədən çəkilən fotosunu isə onun sevgilisi sosial şəbəkələrdə paylaşıb.

"Mənə yaraşdığına inandığım şeyləri geyinməyə davam edəcəyəm. Mən o geyimi qapalı bir gecədə geyinmişəm və bütün diqqətləri üzərimə toplamaq kimi niyyətim olmayıb. Siyasətçi olmağım rahat geyinməyimə maneə deyil".

Qeyd edək ki, Nikita namizədliyi irəli sürmədən öncə də açıq-saçıq fotolar çəkdirmiş və uzun müddət ölkənin gündəmində olmuşdu.






Digər xəbərlər
SON XƏBƏRLƏR