Bakıda vəzifəli şəxs sürücünü arvadının yanında yumruqladı - polislər müdaxilə etmədi (FOTOLAR)

img

18-01-2015 [23:14]


Ötən gecə Bakı-Sumqayıt yolunda sürücülər arasında dava düşməsinə görə böyük tıxac yaranıb. 


Mia.az Aznews.az-a-a istinadən xəbər verir ki, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən (Xırdalan qəbiristanlığının yaxınlığında) 99 AA 499 nömrə nişanlı "Rang Rover” markalı avtomobilin sürücüsü ilə "BMW” markalı avtomobilin sürücüsü arasında mübahisə düşüb.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Davaya səbəb "BMW”-yə yol verməyən "Rang Rover”-in sürücüsünün təhqiramiz ifadələr işlətməsi olub. Əlbəyaxa dava düşəndən sonra "BMW”-də olan sürücünün həyat yoldaşı yerə düşərək, onları sakitləşdirməyə çalışıb. Lakin "BMW”-nin sürücüsünə nisbətən cavan yaşda olan "Rang Rover”-i idarə edən şəxs qarşısındakıları ağır ifadələrlə təhqir edib və onlara yumruq zərbələri endirib. Bundan sonra dava bir qədər də qızışıb və yolda avtomobillərin hərəkəti tamamilə dayanıb.

Başqa sürücülərin müdaxiləsinə baxmayaraq, davanı sakitləşdirmək mümkün olmayıb. Bu vaxt yoldan keçən başqa bir şəxs onlara yaxınlaşaraq, polis polkovniki olduğunu deyib, vəsiqəsini göstərib və onları aralaşdıra bilib. Həmin vaxt məlum olub ki, "Rang Rover”-in sürücüsü sərxoşdu.

O, özü də bunu boynuna alıb, toydan gəldiyini bildirib. AA seriyası ilə avtomobil idarə edən sürücü sonradan hadisə yerinə gələn 10 YP 756 nömrəli yol polisinin əməkdaşlarına da sərxoş olduğunu deyərək, onlara vəzifəli şəxs olduğunu, kiminsə qohumu olduğunu pıçıldayıb. Bundan sonra ayaq üstə güclə dayanan, nəinki dava etdiyi şəxsləri, hətta kənardakı şəxsləri də ağır ifadələrlə təhqir edən sürücü sərbəst buraxılıb. Bu vaxt başqa sürücülər yol polislərinə etirazlarını bildiriblər, lakin heç nə dəyişməyib. İçkinin təsirindən üst geyimini və telefonlarını yerə atan sürücü onları yığışdırandan sonra hadisə yerini tərk edib. 

Hadisə yerindən olan fotoları təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR