Daha bir tanınmış sayt bağlanma təhlükəsində!

img

18-01-2015 [22:31]


Azərbaycanda fəaliyyət göstərən saytlardan birində ciddi problem yaşanır. 

Mia.az Azinform.az-a istinadən xəbər verir ki, Simsar.az saytı maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırır.

 Bizə verilən məlumatda deyilir ki, maliyyə problemləri bir neçə ay əvvəl hiss olunmağa başlayıb: "Artıq 8 aydır ki, saytın eynadlı jurnalı çap olunmur. Əmək haqlarının vaxtında verilməməsi səbəbindən bir neçə jurnalist redaksiya ilə əməkdaşlığına son qoyub.  Qalan əməkdaşlar isə özlərinə iş axtarır”.

Simsar.az-ın baş redaktoru İradə Nurəddinqızı Azinform.az-a açıqlamasında saytın fəaliyyətində yaranan fasiləni texniki problemlə əlaqələndirdi: "Texniki problemler var, həllinə çalışırıq”

Digər xəbərlər
SON XƏBƏRLƏR