Azərbaycanlı modeldən yeni xəbər - FOTOLAR

img

15-01-2015 [12:05]


Türkiyədə fəaliyyət göstərən azərbayacanlı model Günay Musayeva yeni filmə çəkilib. 

ANS PRESS-in məlumatına görə, modelin baş rolda çəkildiyi film "Kod adı K.O.Z" adlanır. Filmin təqdimatı fevralın 11-də keçiriləcək.

"Parantez Yapım" və Uğur Yalçınkayanın birgə ərsəyə gətirdiyi ekran əsərində
Günay Musayeva Türkiyə Xüsusi Xidmət Organının (MİT) agenti olan Zeynəb
obrazını canlandırıb. Film paralel hökumət qurmaq istəklərindən bəhs edir. 

O, paralel hökumət əməliyyatına cəlb olunmuş sevgilisindən ayrılır. Azərbaycandakı dostlarının həyatını qurtarmaq üçün hətta keçmiş nişanlısıyla silahlı qarşıdurmaya çıxan casus Zeynəb (Günay Musayeva) ona verilən öhdəlikləri yerinə yetirir. 

Film üçün xüsusi olaraq silahtutma, döyüş dərsləri alan Günay roluna hazırlaşmaq üçün Hollivudun bu tərzdə çəkilmiş filmlərini izədiyini bildirib. Filmdə ilk işi olduğunu bildirən aktrisa daha öncə Rusiya və Türkiyədə də seriallarda rol alıb. 

Fevralın 13-dən Türkiyənin bütün kinoteatrlarında nümayiş olunacaq filmin Avropada da təqdimatı nəzərdə tutulur. Belə ki, fevralın 26-da Berlin, fevralın 27-də Vyana, fevralın
28-də Belçika, martın 1-də Amsterdam martın 12-də isə Bakıda qala gecələri
keçiriləcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR