Məşhur rejissor Bakıda qonaq olub - FOTO

img

12-01-2015 [09:55]



Türkiyənin tanınmış rejissoru "Adini Feriha koydum”, "Umutsuz ev kadınları”, "Bir aşk hikayesi”, "Aşk”, "Hanimin çiftliği”, "Doktorlar” "Güllerin savaşi" kimi reytinq rekordlarına imza atan seriallarin, eləcə də "Neşeli hayat”, "Beyaz melek”, "Memleket meselesi” kimi filmlərin quruluşçu rejissoru Engin Öztürk Bakıda qonaq olub. Onu Azərbaycan paytaxtına azərbaycanlı rejissor, İnter.az telekanalının proqram departamentinin rəhbəri Gülnarə Aydın Bağırovanın dəvət edib. 

G. A. Bağırova Mia.az-a açıqlamasında bildirib ki, türkiyəli rejissorla yeni layihə hazırlayırlar. Belə ki, E. Öztürk mart ayından başlayaraq Bakıda gənc aktyor və rejissorlara televiziya və seriallar mövzusunda seminarlar  keçəcək: " Seminarlarla yanaşı türkiyənin məşhur aktyorları ilə görüşlər olacaq. Onları həm Bakıda KİV nümayəndələri ilə görüşlərini təşkil edəcəyik, eyni zamanda seminarlarda iştirak edəcəklər. Həmin məşhurlar sırasında indiyədək Türk seriallarından tanıdığınız simalar da olacaq”.

İki gün Bakıda qonaq olan E. Öztürk hava limanından birbaşa Şəhidlər Xiyabanı və Türk Şəhidlərinin Xatirə Abidəsini ziyarət etməyə yollanıb.  Türkiyəli rejissor Azərbaycanla ortaq serial və filmlər çəkəcəyini bildirib: "Türkiyə Amerikadan sonra film sahəsində 2-ci yerdədir. Təəsüf ki, Azərbaycan bu baxımdan zəifdir. Bunun səbəbi isə yanlış ssenarilərdədir. Ilk növbədə ortaq bir sevgi hekayətindən bəhs edən film çəkmək istəyirəm. Bunun üçün Azərbaycanda güclü ssenarist axtarışındayam”. 
E. Öztürk hazırda Türkiyədə reytin sıralamasında ilk yerləri tutan "Güllərin savaşı” serialı haqqında da danışdı. Rejissor serialda sürpriz olacağını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR