Yılmaz Vural istefa verdi

img

12-01-2015 [08:50]


Türkiyənin birinci liqasında mübarizə aparan "Osmanlıspor"un baş məşqçisi Yılmaz Vural istefa verib.

Piasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü açıqlamasında deyib.

Komandadakı problemləri aradan qaldıra bilməyəcəyini bildirən Y.Vural qarşılıqlı razılıq əsasında komandadan ayrılıb: "Klub rəhbərliyi ilə görüşdüm. Komandada olan problemləri aradan qaldıra bilməyəcəyimi anladım. Qarşılıqlı razılıq əsasında ayrıdım. Klubdan heç bir maddi tələbim yoxdur".

Qeyd edək ki, "Osmanlıspor" geridə qalan 16 turdan sonra 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR