İcra başçısı ilə bacısı oğlanlarının obyekt satışı! - 1 kv.metri 1500 manata

img

05-01-2015 [19:29]


Lənkəranın icra başçısı Taleh Qaraşov rayonda tikilən bazardakı obyektləri satışa çıxarıb.

Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, Taleh Qaraşov icra başçısı təyin olunandan sonra rəhbəri olduğu digər rayonlardakı kimi burada da eyni qaydada qaydalar tətbiq edib. Vəziyyət belədir ki, artıq şəhərdəki əksər gəlirli sahələri ələ keçirməyə nail olmuş icra başçısı mərkəzdəki torpaq sahələrindən tutmuş, dəniz kənarında fəaliyyət göstərən iaşə obyektlərinə qədər hər yerə əl uzatmaqdadır:

"Qaraşovun «əl işlərindən» biri də Lənkəran bazarı ilə bağlıdır. Belə ki, hal hazırda şəhərin mərkəzində yeni bazar inşa olunur. Oradakı dükanlar isə satışa çıxarılıb. Amma buradakı qiymətlərə diqqət yetirdikdə məlum olur ki, rəqəmlər heç də Bakıdan fərqlənmir.

Məsələn, Lənkəran bazarında inşa edilmiş dükanların hər kvadratmetri 1500 manatdan satışa çıxarılıb. Hal-hazırda təkcə bazar əməliyyatından 1 milyon manatdan çox vəsait əldə olunub. Ancaq buna rəğmən, alıcılar üçün bazarda nəzərdə tutulmuş yollar həddindən artıq dardır".

Sayt foto-şəkillərə istinadən bildirir ki, ekstremal hallarıda bazara yanğınsöndürənlərin girişi də qeyri-mümkündür: "Onu da bildirək ki, icra başçısı tikinti işlərini bacısı oğlanlarına tapşırıb".
 
Xəbərlə bağlı qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub