Azərbaycanda iş adamı türk müğənniyə 200 min dollar verdi - FOTO

img

04-01-2015 [19:46]


Daha bir türkiyəli pop-star Yeni İl gecəsində Bakıda konsert verərək pul kisəsini doldurub.

Virtualaz.org saytı xəbər verir ki, Türkiyənin tanınmış müğənnisi Hande Yener dekabrın 31-də axsam Bakıdakı "Yeganə” şadlıq sarayında səhnəyə çıxıb.

Müğənninin səhnəyə dizayner Hasan Akkayanın hazırladığı xüsusi qırmızı geyimdə çıxdığı və tamaşaçıların böyük marağına səbəb olduğu bildirilir.

Xəbərə görə, Yeni ili "Yeganə” şadlıq sarayında qarşılayanlar Hande Yenerə yaxınlaşmaq üçün basabas salıblar. Yenerin səhnədə rəqs qrupu ilə şousu da tamaşaşılar tərəfindən çox bəyənilib.

Hande Yenerin bu çıxış üçün nə qədər qonorar aldığı açıqlanmasa da bundan əvvəl Türkiyə mediası yazmışdı ki, müğənni Demet Akalın Yeni İl gecəsində Azərbaycanda çıxış etmək üçün 400 min TL qonorar (təxminən 200 min dollar) təklifini rədd edib. Demet Akalının yerinə bu konsertə Hande Yener gələsi olub.

Mia.az xəbər verir ki, "Yeganə" şadlıq sarayının sahibi "Xırdalan-Xəz" ASC-nin və Xırdalanda yerləşən "Səmayə" şadlıq evinin sahibi Məmməd Rəhimovdur.  Məlumatdan belə anlaşılır ki, Hande Yenere 200 min dolları sayan da M.Rəhimov olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR