Roberto Karlos superliqada!

img

03-01-2015 [20:56]


Braziliya yığmasının və Madrid "Real”ının keçmiş futbolçusu, əfsanəvi sol kənar müdafiəçisi Roberto Karlos Türkiyədə yeni posta təyin olunub.

Piasport.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, R.Karlos hazırda superliqada 11-ci yeri tutan "Akhisar” klubunun baş məşqçisi postuna təyinat alıb. Klubun rəsmi saytında verilən xəbərə görə, Karlosla il yarımlıq müqavilə imzalanıb.

Yada salaq ki, Braziliya və Avropa futbolunun canlı ulduzlarından olan R.Karlos bundan əvvəl Türkiyənin "Sivasspor” klubunun da baş məşqçisi işləyib, lakin onun əldə etdiyi nəticələr klub rəhbərliyini qane etmədiyindən istefaya göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR