Sabiq baş prokurorun bacısı oğlundan şok şikayət

img

03-01-2015 [11:40]


Azərbaycanın tanınmış rəssamı, tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

Müraciəti ilə bağlı «Millətim» qəzetinə danışan Səyyar Əliyev deyib ki, bir neçə ildir iş adamı Mahir Əliyev tərəfindən təzyiqlərə məruz qalıb: «Mahir Əliyev mənə qarşı ilk kəskin addımı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən «Şuşa-Qarabağ» adlı sərgim zaman atdı. O, mənə məxsus olan Bakı şəhəri, Puşkin küçəsi 26 ünvanında yerləşən «AK-Centre»nin 3-cü mərtəbəsində yerləşən «Şərq Qalereyası» zalına girişi mümkünsüz halaa gətirdi. Vətən, torpaq ağrısından bəhs edən bu sərgiyə qarşı bu hərəkətə törədilən maneyə ad verə bilmirəm. Amma Mahir Əliyevin məhz belə bir ərəfədə binada təmir işləri apararaq, Şuşa, Xocalı harayı və digər tarixi faicələrimizdən bəhs edən sərgiyə mane olması, qətiyyən qəbuledilməzdir».

S.Əliyevin sözlərinə görə, ona məxsus olan «Şərq Qalereyası»nın yerləşdiyi binanın bir hissəsi iş adamı Mahir Əliyevə məxsusdur və o, bu təzyiqləri etməklə binaya tam sahiblənmək istəyir: «Başıma açılan növbəti müsibət ötən il «20 Yanvar» sərgisini keçirmək istədiyim ərəfədə də oldu. Bu dəfə o, qapıya polis qoyaraq, uzun illər əlimin zəhməti ilə ərsəyə gətirdiyim incəsənət məktəbimə girməyimə qadağa qoydu. Öz tabeliyində olan qoçuların iştirakı ilə bütün əsərlərim dağıdılıb. O vaxtdan bu günə qədər mənə emalatxanama daxil olmağa imkan verilmir. Bu azmış kimi, orada mənim üçün çox dəyərli və qiymətli əsərlərim girov olaraq saxlanılır. Onların taleyindən çox narahatam. Güman ki, artıq milli-mədəni irsimizin təbliğınə aid olan nadir eksponatlarım da məhv edilib. Təəssüflər olsun ki, bununla bağlı etdiyim şikayətlərə hüquq-mühafizə orqanları biganə qalırlar».

Rəssam daha sonra bildirib ki, məhz bu səbəbdən ölkə prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya müraciət etmək məcburiyyətində qalıb: «Mahir Əliyevin böyük pulları, müəyyən havadarları var. O, məni sıxışdırmaqla, «AK centre»də olan şərikli ticarət obyektimizdən imtina etməyə məcbur etmək istəyir. Ona görə elə qəzetiniz vasitəsiylə də möhtərəm prezidentimizdən əsərlərimin girovluqdan xilas edilməsi və emalatxanamda normal işləməyimə şərait yaradılmasını xahiş edirəm». 

"Millətim” qəzeti apardığı araşdırma nəticəsində müəyyən edib ki, iş adamı Mahir Əliyev bir vaxtlar Azərbaycanın baş prokuroru olmuş Qambay Məmmədovun doğma baçısı oğludur. Onun şəhərin bir sıra yerlərində iri ticarət obyektləri var. Babək prospektində yerləşən və bahalı avtomobilərin satışı üzrə ixtisaslaşan «AK-Petrol» da Mahir Əliyevə məxsusdur.

Rəssam Səyyar Əliyev daha sonra bildirdi ki, o, Azərbaycanın problemi olan Dağlıq Qarabağ problemini çəkdiyi əsərlərilə bütün dünyada təbliğ edir.: "Bu yaxınlarda erməni diasporunun fəaliyətini ifşa etmək üçün mən Londonda sərgi keçirmək istəyirəm. Ancaq emalatxanamı zəbt edən Mahir Əliyev mənə həmin sərgi üçün əsər çəkməyə icazə vermir. Onun bu hərəkəti yalnız mənə deyil, bütün Azərbaycan incəsənətinə yönəlib. O, heç kimi saymır. Yaranmış problemlə bağlı bir neçə xalq və əməkdar rəssamı ona məktubla müraciət etdi. Bilirsiniz nə deyib? "Çırın atın getsin. Nə rəssam?” 
Bu adam mənimlə şərik tikdirdiyi obyektdən ayda 50-60 min qazanc götürür. Yəqin bu səbəbdəndir ki, deyir hara istəyirsən şikayət et. Mən xahiş edirəm ki, dövlətin əlaqədar qurumları bu məsələni nəzarətə götürsünlər. Gəlib mənə kömək etsinlər ki, Azərbaycan üçün nadir sayılan xalçaları, sini qabları və rəsm əsərlərini heç kimi saymayan alverçinin girovluğundan xilas etsinlər”.

Qeyd edək ki, Səyyar Əliyev doğrudan da, Azərbaycan həqiqətlərini dünyada layiqincə təbliğ edən alim rəssamlarımızdandır. Bu yaxınlarda onun Böyük Britaniyada nəşr edilən nüfuzlu » TEAS » jurnalına eksklüziv müsahibə verib. Xatırladaq ki, əslən qarabağlı olan rəssamın yaradıcılığının əsas sujet xəttini milli faciələrimiz və işğal altında olan ərazilərin ümumi təsviri təşkil edir. Səyyar Əliyev həm də pedaqoji fəliyyətlə məşğul olur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi olan Səyyar Əliyev tarix üzrə fəlsəfə doktorudur.

Mövzunu diqqətdə saxlayacayıq. Mahir Əliyevin də mövqeyini dərc etməyə hazırıq.

Qambay Məmmədovun kommersant bacıoğlusu tanınmış rəssama zülm edir

Qambay Məmmədovun kommersant bacıoğlusu tanınmış rəssama zülm edir

Azinform.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR