Məşhur aktrisa Azərbaycan təhsilini rüsvay etdi

img

01-01-2015 [23:59]


Türkiyəli məşhur kino aktrisası, qalmaqallı rollarda çəkilərək məşhurlaşan Müjde Ar "Hürriyyet” qəzetindən Ahmet Hakana verdiyi müsahibədə Azərbaycanla bağlı maraqlı fikir işlədib.

Aktrisa "Siyasətlə məşğul olmağa hazırlaşırsınızmı?” sualına belə cavab verib: "Qarşıdakı seçkilərdə prezidentliyə namizəd olacağam”.

Ahmet Hakan sual verib: "Bəs bu necə baş tutacaq?”

Müjde Ar deyib: "Mənim universitet diplomum yoxdur. İkinci kursdan universiteti atmışam. Azərbaycandan saxta diplom alıb namizəd olacağam”.

Aktrisa deyib ki, əgər prezident seçkilərini udsa Ərdoğanın oturduğu və Ağ Saray kimi tanınan yeni prezident sarayını film studiyasına çevirəcək. O, min otaqlı həmin sarayda seriallar çəkəcəyini deyib.

Qeyd edək ki, Azərbaycanda saxta diplomların geniş yayıldığı məlumdur və bu haqda təhsil naziri Mikayıl Cabbarov da danışmışdı. Nazirin bildirdiyinə görə, hazırda Azərbaycanda minlərlə saxta diplomlu müəllim var(Virtualaz.org).

Digər xəbərlər
SON XƏBƏRLƏR