Rüşvətxor dekan müavini azadlığa çıxıb - özəl

img

21-12-2014 [15:37]


BDU hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı azadlığa çıxıb.

Mia.az-a daxil olan məlumata görə, keçmiş dekan müavini üç gün öncə azadlığa buraxılıb.

Xatırladaq ki, BDU hüquq fakültəsi "Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakini Ziyad Süleymanovdan BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Məhəmməd İmanlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət tərkibi görüb. O, məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd İmanlı hökmdən apellyasiya və kassasiya şikayəti versə də, cəzası dəyişdirilməyib. O, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR