Bakıda 23 yaşlı qadını təhdidlə zorladılar - şikayət

img

21-12-2014 [15:24]


Bakıda seksual xarakterli zorakılığa məruz qalmış 23 yaşlı qadın polisə müraciət edib. 1991-ci il təvəllüdlü Kübra Mehbalıyeva (ad və soyad şərtidir) tanışı tərəfindən şantaj edilir. 

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 8-ci Polis Bölməsinə müraciət edən tanışı tərəfindən şantaj olunur. Qadın qeyd edib ki, 40-45 yaşı olan tanışı Fəhmin adlı şəxs onu hədələyərək bildirib ki, həyat yoldaşına onun əxlaqsızlıqla məşğul olmasını deyəcək.

Həmin şəxs K.Mehbalıyevanı Buxta küçəsində kirayədə yaşadığı mənzilə dəvət edib və onu yuxarıda qeyd edilən məzmunda hədələyərək cinsi əlaqəyə təhrik edib.

Qadın əlavə edib ki, Fəhmin adlı şəxslə əvvəlcədən tanışlığı olub və həmin şəxs onun özəl həyatına bələddir. 23 yaşlı qadın polisdən xahiş edib ki, onu Fəhminin şantajlarından qorusunlar.

Müraciət əsasında araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR