Zakir Həsənov rəisləri Gəncəyə topladı - FOTOLAR

img

20-12-2014 [18:51]


Gəncədə Silahlı Qüvvələrin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Gəncə şəhərində Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib. Tədbirdən əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.

Toplantıda çıxış edənlər ölkəmizdə həyata keçirilən irimiqyaslı ordu quruculuğu işləri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya diqqət və qayğısı, Müdafiə Nazirliyi rəhbərliyinin məqsədyönlü fəaliyyətini xüsusi qeyd ediblər. 

Bildirilib ki, son vaxtlar şəxsi heyətin maddi və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilir, ordunun keyfiyyətli əşya və ərzaqla təminatına göstərilən qayğı sayəsində bu sahələrdə mühüm uğurlar qazanılır.

Hərbi hissələrdə müasir tələblərə cavab verən məişət şəraiti, hamam-camaşırxana xidməti təşkil olunub və yeni komplekslərin inşası davam etdirilir, hərbi qulluqçuların geyimlə, keyfiyyətli ərzaqla daha yükək səviyyədə təmin edilməsi üçün yeni müfaviq qaydalar, normativlər qəbul edilib.

Toplantıda Silahli Qüvvələrin yeniləşmiş yay və qış geyim formaları, yataq dəstləri, mobil səhra camaşırxanası, hamam, ərzaq təhcizatındakı yeniliklər nümayiş etdirilib.





Digər xəbərlər
SON XƏBƏRLƏR