Binəqədidə dəhşətli qətl; gənc oğlanın boğazı kəsildi

img

20-12-2014 [12:31]


Bakının Binəqədi rayonunda qanlı cinayət baş verib. 

Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, axşam saatlarında "Gəncə” kafesinin qarşısında 55 yaşlı kişi oğlu yaşında gənci qətlə yetirib.

Aralarında yaranan mübahisə nəticəsində 55 yaşlı Bərxudar Çərkəz oğlu Yusifov 33 yaşlı Nurlan Vaqif oğlu Ağayevi boyun nahiyəsindən bıçaqlayıb.

Ağır yaralanan Nurlan Ağayev yerindəcə ölüb.

4-cü bölmədən bildiriblər ki, hər iki şəxs qonşu olublar. Qonşusunu öldürən şəxs hadisə yerindən qaçsa da, polislər onu yaxalayıblar.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR