İcra Hakimiyyətində keçirilən iclasda ölüm oldu

img

20-12-2014 [12:18]


Bakının Yasamal rayonunda müəllim iclas zamanı dünyasını dəyişib. 

Yasamal rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilənm məlumata görə, hadisə dünən saat 15 radələrində qurumun inzibati binasında qeydə alınıb.

Yasamal rayon İcra Hakimiyyətinin binasında keçirilən iclas zamanı rayon ərazisindəki Fizika və Riyaziyyat təmayüllü liseyin müəllimi 1949-cu il təvəllüdlü Allahverdi Məmmədov dünyasını dəyişib.

"Allahverdi Məmmədov əvvəllər də ürəyində problemlər vardı. Dəfələrlə deyirdik ki, get müalicə olun. Dünən toplantıya 15-20 dəqiqə qalmış iclasa gəldi. Rəngi ağarmışdı. Halı yaxşı deyildi. Bir neçə dəqiqə sonra vəziyyəti daha da pisləşdi. İclasa gələnlər arasında tibbi bilikləri olanlar da vardı. Onlar kömək etməyə başladılar. Təcili yardım həkimi çağırdıq. Amma heç bir xeyri olmadı. Həkimlər gələnə qədər Allahverdi müəllim dünyasını dəyişdi. Çox yaxşı insan idi”, - deyə Yasamal rayon İcra Hakimiyyətindən bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR