Jurnalistlərin binasının tikintisi yekunlaşır- Foto

img

20-12-2014 [10:11]


2015-ci ildə Bakıda jurnalistlər üçün ikinci yaşayış binası təhvil veriləcək.

Mia.az musavat.com-a istinadən xəbər verir ki, prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncama əsasən birinci binanın yaxınlığında jurnalistlərin mənzil ehtiyaclarını təmin etmək üçün ikinci binanın tikintisinə başlanılıb. Hazırda Bibiheybət qəsəbəsində jurnalist binasının tikintisi sürətlə davam edir. Artıq binanın 13-cü mərtəbəsi tikilmək üzrədir. 3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq binanı 2015-ci ildə təhvil vermək planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq.

Sərəncama əsasən 2015-ci il Milli Mətbuat Günündə mənzillər veriləcək. Mənzillərin hansı meyarlar əsasında veriləcəyi bilinmir. Dekabrın 16-da "Media forum” saytına danışan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, binanın tikintisi ilə bağlı hər hansı problem yoxdur: "Bina tam hazır olduqdan sonra mənzillərin jurnalistlərə verilməsi ilə bağlı bütün şərtlər açıqlanacaq. Hazırda binanın tikintisi təyin olunmuş qrafikə uyğun davam etdirilir. Artıq binanın 12-ci mərtəbəsində işlər gedir”.

Qeyd edək ki, jurnalistlər üçün tikilmiş 156 mənzilli ilk bina 2013-cü ildə istifadəyə verilib. Həmin binada mənzillərin bölüşdürülməsi meyarlarına əsasən, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilib. Gündəlik qəzetlər və informasiya agentliklərinin 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portallarının 1 namizəd vermək hüquq olub.


Şərh Yaz


Digər xəbərlər
SON XƏBƏRLƏR