Dövlət Komitəsi: Kolbasa xəbərini yayan saytı tənbeh etmişik

img

19-12-2014 [16:47]


" Ay insan, əgər sən, millətin, cəmiyyətin üçün belə yanırsansa, o kolbasanı bizə təhvil ver".

Bu sözləri XeberLent.az informasiya agentliyinə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı son bir neçə gün ərzində kolbasaların içindən donuz piyi və əti çıxmasına münasibət bildirərkən deyib:

"Bəli, "Kristal CF” əmtəə nişanlı "Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Amma üzərində "halal” sözü yazılmış "Ovçular” kolbasasından donuz piyi çıxıb-çıxmaması haqda bizdə belə bir məlumat yoxdur. Əgər alıcı bu cür bir halla üzləşibsə, həmin kolbasanı bizim idarəyə gətirib təhvil versin. Biz də o kolbasanı laboratoriyadan keçirib, yoxlayaq. Bu cür xəbərlər məqsədli şəkildə də yayıla bilər. Biz bu xəbəri yayan saytla əlaqə saxlayıb, onları tənbeh də etmişik. Ay insan, əgər sən, millətin, cəmiyyətin üçün belə yanırsansa, o kolbasanı bizə təhvil ver, biz də bununla maraqlanıb, adiyyəti addımlar ataq. Sizin vasitənizlə onu da qeyd edirəm ki, Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin işçiləri mütəmadi kolbasa sexlərində olub, bu cür halların baş verməməsi üçün yoxlamalar aparır.Biz bu cür xəbərləri yalnız və yalnız təxribat adlandırırıq".

Maraq üçün qeyd edək ki,bu il aprel ayının 14-də Standartlaşdırma Meteorologiya və Patent Üzrə Dövlət Komitəsitərəfindən "Ovçular ət və ət məhsulları” MMC-yə əla növ bişmiş kolbasaların istehsalı üçün "Halal qida” dövlət standartı sertifikatı verilib.

ABBASƏLİ Hüseyni

XeberLent.az

images/gallery/7808/1010.jpgimages/gallery/7808/1009.jpgimages/gallery/7808/1008.jpgimages/gallery/7808/1007.jpg


Digər xəbərlər
SON XƏBƏRLƏR