Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası

img

19-12-2014 [15:35]


Xankəndi şəhərinin prokuroru Karen Qabriyelyan bu gün keçirilən "məhkəmə”də azərbaycanlı girovlar - Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası istəyib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı news.am saytı yayıb.

Məlumatda deyilir ki, prokuror çıxışında deyib ki, azərbaycanlılar qanunsuz olaraq Dağlıq Qarabağa daxil olub, informasiya toplayıb və video çəkib.

İddiaya görə, erməni Smbat Çakanyanı Dilqəm Əsgərov öldürüb və o bu qətli törədən zaman Şahbaza deyib ki, niyə erməniyə yazığın gəlir. Şahbaz isə heç bir çəkiliş aparmayıb, sadəcə qrupun tərkibində olub.

Qeyd edək ki, azərbaycanlıların "məhkəmə”sinə oktyabr ayının 27-də start verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub