Vətəndaşların qeydiyyatı ilə bağlı dəyişikliklər edilir-QANUN

img

19-12-2014 [15:58]


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılıb. 

Milli Məclissədrinin birinci müavini, komitənin sədriZiyafət Əsgərovbildirib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır.

Layihəni şərh edənMilli MəclisAparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Sərdar Məmmədov bildirib ki, qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə əsasən hərbi qeydiyyat – Azərbaycan Silahlı Qüvvələrini və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır.

Yeni qanun hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir.

"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə edilən 28.6-cı maddəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.

Müzakirələrin yekununda qanun layihəsiMilli Məclisin plenar iclasına tövsiyə olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR