Ziya Məmmədovun oğlu ilə bağlı yeni iddia

img

19-12-2014 [13:07]


Hafiz Məmmədov daha bir problemlə üzləşib. 

Piasport.az-ın əldə etdiyi məlumata görə, Ziya Məmmədovun keçmiş ortağına indi də nazirin oğlu təzyiq edir.

Belə ki, Ziya Məmmədovun oğlu Anar Məmmədovun gözü "Bakı"nın bazasına düşüb. "Delfin" otelin yerində inşa olunmuş bazada öz paylarının olduğunu düşünən nazir oğlu "Hafka" ləqəbli iş adamının çətin vəziyyətindən yararlanaraq obyektə "çökmək" istəyir.

Qeyd edək ki, Hafiz Məmmədovla Ziya Məmmədov uzun müddət biznes ortağı olub. Lakin bir müddət əvvəl onların yolları müəyyən səbəblərdən ayrılıb. Bundan sonra Hafiz Məmmədovun biznesinə böyük zərbə dəyişib, iş adamı maliyyə böhranına düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR