Vəkildən Avropa Şurasının qərarına münasibət

img

19-12-2014 [11:52]


Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətindən REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edib.

Bu haqda vəkil Fuad Ağayev bildirib: "Dekabrın 4-də Avropa Şurasının Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxılıb. Nazirlər Komitəsi bununla bağlı qəbul etdiyi qərarda cinayət qanunvericiliyinin ifadə azadlığının məhdudlaşdırilması üçün tətbiqinin ümumi problem olmasını xatırladıb, o cümlədən, Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırıb:
İlqar Məmmədov təxirə salınmadan azad edilməsi təmin olunsun;
Hüquqi əsas olmadan cinayət işlərinin başlanmasının qarşısının alınması və prokurorluğun bu kimi cəhdlərinin məhkəmə qaydasında səmərəli araşdırilması üçün görülmüş və ya planlaşdırılmış tədbirlər haqqında konkret və hərtərəfli məlumat təxirə salınmadan təqdim olunsun...”(modern.az).

İlqar Məmmədova 2013-cü ildə İsmayıllı rayonunda etirazların təşkilində təqsirli bilinib, 7 illik həbs cəzası alıb. Beynəlxalq təşkilatlar oni siyasi məhbus sayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR