Komitə sədrindən yeni xəbər

img

19-12-2014 [11:07]


Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşəcək.

ANS PRESS-in DGK Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, dövlət gömrük komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 26-da saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində (Şıxəli Qurbanov küç. 01) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Naftalan, Göygöl, Goranboy, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 25-i saat 10:00-dək "192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-44), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR