Sumqayıtda ara qarışdı, prezident meydana girdi - FOTOLAR

img

18-12-2014 [20:44]


Bu gün Sumqayıtda keçirilən "Sumqayıt" - "Qəbələ" matçında növbəti hakim qalmaqalı yaşanıb.

Matçın baş hakimi Rəhim Həsənovun qarşılaşmanın son dəqiqələrində meydan sahiblərinin qapısına təyin etdiyi, oyunu izləyən jurnalistlərin şübhəli adlandırığı penalti aranı qarışdırıb.

"Sumqayıt" futbolçuları hakimə kəskin etiraz etsələr də, qərar dəyişməyib. Topa yaxınlaşan Cavid Hüseynov isə qonaqları məğlubiyyətdən xilas edib. Hakimin final fitindən sonra isə ara yenidən qarışıb. Azarkeşlər referini təhqir edərək, onun ünvanına qeyri-etik ifadələr səsləndiriblər, üzərinə butulka və alışqan atıblar. "Sumqayıt"ın prezidenti Kamran Quliyev isə birbaşa meydana daxil olaraq Rəhim Həsənova etirazını daha kəskin şəkildə bildirib. Klub prezidenti üzünü Rəhimə, əlini isə tribunaya tutaraq "eşidirsən, sənə nə deyirlər" ifadəsini işlədib.

Matçdan sonra "Sumqayıt" klubu konfrans zalındakı geniş ekranda penaltini epizodunu jurnalistlərə bir-neçə rakursdan nümayiş etdirib və hakimin həqiqətən də kobud səhvə üz verdiyi üzə çıxıb(Ans).






Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub