Jurnalist DİN-dəki vəzifəsindən gedib

img

18-12-2014 [19:29]


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindəki operativ çəkiliş qrupunun üzvü, jurnalist Sahil Kərimli könüllü olaraq işdən gedib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən açıqlamada məlumatı təsdiqləyiblər.

Bildirilib ki, S.Kərimli DİN-də mülki şəxs olaraq əmək müqaviləsi əsasında fəaliyyət göstərib. Bu ilin sonunda isə onun əmək müqaviləsinin vaxtı başa çatıb, amma S.Kərimli könüllü olaraq müqavilənin yenidən uzadılmasını istəmədiyindən DİN-dəki fəaliyyəti dayandırılıb. 
Sahil Kərimli əvəllər "7 gün” qəzeti və "Lider” televiziyasının əməkdaşı olub. 2007-ci ildən indiyədək DİN-də mətbuat xidmətindəki operativ çəkiliş qrupunun mülkü üzvü kimi  çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR