Bu il ana olan azərbaycanlı ulduzlar- Siyahı+Fotolar

img

18-12-2014 [11:00]


2014-cü il məşhur simaların həyatında övlad sevinci ilə də yadda qalıb. 


"Qafqazinfo” 2014-cü ildə ana olan azərbaycanlı məşhurların siyahısını təqdim edir:



Tanınmış teleaparıcı Kamilə Babayeva bu il ana olan məşhurlardandır. Tanınmış teleaparıcı qız anası olub.

Əməkdar artist Lalə Məmmədova ikinci dəfə qız anası  olub.

Azərbaycan əsilli türk vətəndaşı ilə ailə quran müğənni Elyanə Əhmədova oğul anası olub. 

Müğənni Ayan Babakişiyeva da bu il ana olan məşhurlardandı. Sənətçi qızına Selena adını qoyub. 

ANS-in keçmiş aparıcı, məşhur jurnalist Sevil Nuriyeva ana olan məşhurlardandı.  Məşhur jurnalist oğluna qayınatası, millət vəkili İlyas İsmayılovun adını qoyub.

Tanınmış yazar Günel Mövlud bu il ana olan məşhurlardandır. 

Bir müddət əvvəl Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safura Əliyeva da bu il övlad sevinci yaşayan məşhurlardandı. 

Ötən il ailə həyatı qurub, Türkiyəyə köçən müğənni Aygün İsmayılova qız anası olub.

 

Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə həyatı quran müğənni Aysel Teymurzadə sentyabrın 7-də ana olub. Müğənninin oğlu dünyaya gəlib.

Lider TV-nin populyar simalarından biri, "Ay ev yiyəsi” verilişinin aparıcısı Lalə Əlimuxtarovanın Melis adlı qızı doğulub.  

Türkiyəli prodüser Kemal Cenk İçtenlə ailə quran model Minarə Allahverdiyevanın Məryəm Nur  adlı qızı dünyaya gəlib.  

Müğənni Xuraman Şuşalı üçüncü dəfə ana olub. Sənətçinin oğlu dünyaya gəlib.


Bir neçə gün öncə müğənni Lətifə Soyuöz ana olub. İfaçı oğluna Arif adını qoyub.



Digər xəbərlər
SON XƏBƏRLƏR