Rüşvətxor hakimin məhkəməsi davam edir; icra başçısının müavini ifadə verdi

img

15-12-2014 [17:27]


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, iclasda şahd qismində Binəqədi rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Qəzənfər Novruzov ifadə verib. O, Ramazan Səlimovun dediklərini təkzib edib və bildirib ki, ona işə düzəltməklə bağlı hər hansı vəd verməyib.

Daha sonra prosesdə digər şahidlər Elxan Azadəliyev və Ülvi Əhmədov ifadə verib. Onlar ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiqləyiblər.

Proses dekabrın 26-dadavam etdiriləcək.


İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prezidentİlham ƏliyevHəsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR