“Parabank” ASC-dən bağlanma təhlükəsinə REAKSİYA

img

15-12-2014 [12:04]


Məlum olduğu kimi, Mərkəzi Bankın nizamnamə kapitalını 50 milyon manatadək artırması üçün banklara verdiyi vaxt bu ilin sonunda bitir. 

Yəni 1 yanvar 2015-ci ildən etibarən sözügedən kapitalı toplaya bilməyən banklar ya bağlanacaq, ya da digər banklarla birləşəcək. Bu səbəbdən bir sıra bankların bağlanmaq təhlükəsi ilə üzləşib. Mia.az-ın axar.az-a istinadən təqdim eləsiyi siyahıda "Parabank” ASC-nin də yer alması narazılıqla qarşılanıb. 

Belə ki, "Parabank” ASC-nin sədr müavini Rəcəb Hüseynov mia.az-a açıqlamasında deyib ki, məlumatdakı fikirlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, "Parabank” ASC-nin 52 milyondan çox nizamnamə kapitalı var və bu səbəbdən də bankın bağlanmasından söhbət gedə bilməz.
mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR