Ramanıda 70 köçkün ailəsi etiraza qalxdı – Şikayət (FOTO)

img

15-12-2014 [10:52]


Mia.az-a Sabunçu rayonu, Ramana-450 (Şuşa) köçkün qəsəbəsi, I beşmərtəbə binada  məskunlaşmış 70 məcburi köçkün ailəsi adından «Azəristiliktəchizat» ASC-nin sədri Yaşar Həsənova, Baş nazirin müavini, "Dövlətqaçqınkom"un sədri Əli Həsənova ünvanlanmış şikayət ərizəsinin surəti daxil olub.

Mia.az şikayət məktubunu olduğu kimi təqdim edir: «Bildiririk ki, 7 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin (Sabunçu r-nu) sahə rəisi Kamil adlı şəxs bir neçə nəfər işçi ilə birlikdə yaşadığımız binanın isidilməsi üçün nəzərdə tutulmuş 318 saylı qazanxanaya gələrək, oradan qeyri-qanuni olaraq, mağazalar, həkim kabineti və uşaq bağçası yerləşən özəl biznes şəbəkəsinə istilik sistemi çəkməyə cəhd göstərsə də, köçkünlərin təkidi ilə işi dayandırmağa məcbur oldu. O, həmçinin, gərgin əsəbi şərait yaradaraq, biz köçkün sakinlərə mənəvi zərər vurub.

Cənab Y.Həsənov, Kamil adı həmin şəxs bizə "Tüxniki şərt" adı ilə bir kağız göstərdi ki, həmin kağızın foto-surətini Sizə göndəririk.

Aldığımız yeni məlumata görə həmin şəxslər, güya ki, Sizin göstərişinizlə həmin işi görmək üçün 15.12.2014-cü il tarixdə yenidən gələcəklər və diqqətinizə çatdırıram ki, köçkün sakinlər bu
qeyri-qanuni işin icrasına icazə verməməyə qərarlıdırlar.

Bildiririk ki, o işin icrası üçün "Texniki şərt" verilsə belə, köçkünlər üçün nəzərdə tutulmuş qazanxanadan hansısa ticarət obyektinə xəttin çəkilməsi qanun pozuntusu və dövlət vəsaitinin qeyri-qanuni israfıdır. 

Diqqətinizə çatdırırıq ki, Qaçqınkomun sizin hesabınıza ödədiyi vəsait biz köçkünlər üçün nəzərdə tutulmuş və əgər hansısa kommunal xidmət strukturlarına xidmət haqqı olaraq ödənilmədiyi halda, köçkünün özünə ödəniləsi vəsaitdir və Qaçqınkomun vəsaiti, dolayısı
ilə bizə çatası vəsait hesabına hansısa biznes strukturunu təmin etmək ciddi qanun pozuntusudur.

Ona görə də Sizdən xahiş edirik ki, işçiləriniz tərəfindən baş verəcək özbaşınalığın qarşısını alasınız və baş vermiş özbaşınalıq üçün müvafiq hüquqi tədbir görəsiniz».

Mia/az

Digər xəbərlər
SON XƏBƏRLƏR