Bağlanma təhlükəsi yaşayan banklar - SİYAHI

img

15-12-2014 [10:09]


Mərkəzi Bankın nizamnamə kapitalını 50 milyon manatadək artırması üçün banklara verdiyi vaxt 17 gün sonra bitir. Yəni 1 yanvar 2015-ci ildən etibarən sözügedən kapitalı toplaya bilməyən banklar ya bağlanacaq, ya da digər banklarla birləşəcək.
 
Bir müddət öncə Mərkəzi Bankın sədri Elmar Rüstəmovun Milli Məclisdə bankların taleyinə aydınlıq gətirməsi onu göstərdi ki, hökumət bu il banklara veriləcək vaxtı bir daha uzatmaq fikrində deyil.
 
Artıq vəziyyətdən çıxmağa çalışan, ancaq ciddi çətinliklərlə üzləşən bankların siyahısı da məlumdur: "Azərbaycan Sənaye Bankı”, "Zaminbank”, "Turanbank”, "Bank of Azerbaycan”, "Kredobank”, "Bank Avrasiya”, "NBC Bank”, "Rabitəbank”, "Gəncəbank”, "Dekabank”, "Qafqaz İnkişaf Bankı”, "Bank Kredit United”, "Günaybank”, "Azəri-Türk Bank”, "Atrabank”. 
 
Bu bankların içərisində yalnız "Azəri-Türk Bank” ötən həftə ciddi addım atdı. Səhminin 85 faizinə dövlətin nəzarət etdiyi banka "Azərsığorta”nın rəhbəri, Azərbaycanda tanınmış şəxs olan Məmməd Məmmədovun oğlu, bir müddət "Kapitalbank”ın İH-nin sədri işləmiş Elmar Məmmədov gətirildi və səhmdarların son toplantısında nizamnamə kapitalının 50 milyona çatdırılması barədə qərar verildi. Hələlik adı gedən digər bankların bu cür ciddi addım atdığı nəzərə çarpmadığından, onların bağlanması və ya başqa banklara birləşdirilməsi (yaxud da fəaliyyət istiqamətini dəyişməsi) qaçılmaz görünür.  
 
Xatırladaq ki, Mərkəzi Bank bu qərarını kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi istəyi ilə izah edir(axar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR