Ramil Usubovla kinorejissorun davası - yeni məhkəmə başladı

img

15-12-2014 [10:24]


Daxili işlər naziri Ramil Usubovla Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyev arasındakı məhkəmə çəkişməsinin növbəti "raund”u başlayır. 

Mia.az-a verilən məlumata görə, Eldəniz Quliyev  Ramil Usubovun iddiası əsasında Nəsimi rayon Məhkəməsinin barəsində çıxardığı 480 saat müddətində ictimai işlərə cəlb olunma və 1000 manat cərimə qərarı ilə razılaşmır: «Eldəniz Quliyevin bu qərardan şikayəti artıq Bakı Apellyasiya Məhkəməsindən icraata qəbul olunub. Onun şikayəti əsasında dekabrın 17-də hakim Mirpaşa Hüseynovun sədrliyi ilə prosesə start veriləcək».

Xatırladaq ki, Daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırmışdı. 

İddiaya səbəb isə Eldəniz Quliyevin «Facebook»da yol polisi barədə yazdıqları olub. Belə ki, E.Quliyev bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkərək, yol polisi barədə sərt ifadələr işlətmişdir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR