Gözəl görünmək istəyənlər, bunlardan istifadə edin! - Siyahı

img

09-12-2014 [20:26]


Dərinizin gözəlliyi üçün yüzlərlə manatınızdan keçmək lazım deyil. Bunun üçün əlinizin altında olanlardan istifadə edə bilərsiniz. Bunlar həm daha ucuz, həm də təbii məhsullardır. 

Amma bütün bu qeyd edilənlərin təkbaşına köməyini gözləməyə dəyməz. Əgər adıçəkilən məhsullardan xeyir görmək istəyirsinizsə qeyri-sağlam, qızardılmış, yeməklərdən uzaq durmalısınız. 

ANS PRESS təbii yolla gözəlliyin bərpası yollarını təqdim edir. 

Qırmızı bibər 
Sadəcə 30 kalori olan və gündəlik C vitamini təlabatını ödəyən bibəri istər çiy, istərsə də bişmiş yeyə bilərsiniz. Bu məhsul eyni zamanda B6 vitamini ilə də zəngindir. İçindəki karoten qan dövranını sürətləndirir, qırışları yox edir, dəriyə parlaqlıq qazandırır. 


Qara şokolad 
Tərkibindəki flavonoidlər və antioksidan maddələr dərinin ən yaxın dostudur. Bu maddələr dərini günəşin ziyanlı təsirindən qoruyur. Kakao damarları genişləndirərərk qan dövranını sürətləndirir və dəri parlaq olur. 


Somon
Narahatlıq, stres, depresiya ilə mübarizədə möcüzədir. Tərkibi D vitamini ilə zəngindir. O, ürək damar, beyin, sümük sağlamlığı üçün vacibdir. Balığın tərkibindəki Omega-3 yağ asitləri qırışlarla, qara nöqtələrlə savaşır. Balıq həm də güclü nəmləndirici təsirə malikdir. O, saçların kökünü də qoruyur, qırılmaların, tökülmələrin qarşısını alır. 


Hind qozu yağı
Bu yağ antibakterial özəlliyə sahibdir. Qara nöqtələr, infeksiya və viruslarla mübarizə aparırı. Tərkibindəki E vitamini sayəsində dərini nəmləndirir, yumşaq və qırışsız edir. Bu yağdan bədən üçün də istifadə etmək olar. 


Yaşıl çay 
Bu çayın faydası saymaqla bitməz. Yaşıl çay xərçəngdən qoruyur, arıqladır, toksik maddələrdən bədəni təmizləyir və sairə. Yaşıl çay gözəlliyin ən böyük düşməni olan sterlədə mübarizə aparır. 


İspanaq
Hər gün ispanaqdan istifadə mütlədir. Tərkibi dəmik, fol turşusu, E vitamini, maqnezium, A, C vitamini ilə zəngindir. Antioksidanlarla zəngin bu göyərti dəri problemləri ilə mübarizə aparır. Dərini içəridən təmizləyir. 


Günəbaxan, qabaq və kətan toxumu 
Dəri üçün bu tumların öməni olduqca böyükdür. Onlar qırışlarla mübarizə aparır, qara nöqtələrlə savaşır. Qabaq və günəbaxan toxumu E vitamini, maqnezium, proteinlə zəngindir. Selen və proteinlər qırşları aradan qaldırır, maqnezium stresi yox edir. 


Kərəviz 
K vitamini sayəsində qan təzyiqini salır, qan dövranını yaxşılaşdırır. Stres, qara nöqtə, miqren, xərçənglə mübarizə aparır. Dərini nəmli saxlayır, qırışıqlığın qarşısını alır. 

Papaya 
Tropik meyvə olan papayanın 100 qramında 39 kalori var. Nadir tapılan C, E vitamini, beta karoten kimi antioksidanla zənginir. Dərini günəş şüalarının təsirindən qoruyur. 

Yerkökü 
Həm gözlər, həm dəri üçün vacibdir. A vitamini dəri hüceyrələrini yeniləyir. Bu tərəvəz hətta dəri xərçəngi riskini də azaldır. Hər gün bir yerkökü yemək dərinin mükəməlliyi üçün əvəzzisdir. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR