Kəmaləddin Heydərov nazirlə müzakirə etdi

img

27-11-2014 [19:56]


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov noyabrın 27-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axara.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı rəsmi səfərləri çərçivəsində aparılmış danışıqların və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirib.

Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi nümayəndə heyətinin cari ilin mart ayında İrana səfəri zamanı sənaye və mədən işlərində təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair aparılmış müzakirələr də olduqca faydalı olub.

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR