İlham Əliyev sərəncam imzaladı, komitə sədri və nazirə tapşırıq verildi

img

27-11-2014 [18:30]


Bu gün Prezident İlham Əliyev yeni sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncam Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqındadır.

Sərəncamda deyilir: 

1. Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR