Qətl xəbəri yayılan polis rəisi danışdı

img

27-11-2014 [18:20]


"Mən sağ-salamatam və hazırda xidmət başındayam”

Bunu APA-ya açıqlamasında mətbuatda qətlə yetirildiyi barədə məlumatlar yayılan, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi Faiq Bədəlov deyib. O qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: "Bilmirəm, kimlər, hansı məqsədlə haqqımda belə yalan xəbərlər uydurub. Mən sağ-salamatam, hazırda xidmət başındayam”.
 
Qeyd edək ki, bu gün bəzi KİV-də F. Bədəlovun xüsusi amansızlıqla qətlə yetirilməsi barədə məlumatlar yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR