Polis rəisinin öldürülməsi xəbərinə DİN-dən reaksiya

img

27-11-2014 [17:36]


Bu dəqiqələrdə aldığımız məlumata görə Bakının Binəqədi rayonunda, Xocasən qəsəbəsi ərazisində 40-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Bədəlov xüsusi amansızlıqla bıçaqlanaraq qətlə yetirilib.

 

Məlumatı Virtualaz.org saytına həmin qəsəbədə yaşayan və hadisənin şahidi olan sakinlərdən biri verib.

 

Hazırda cinayətin baş verdiyi ərazi polis mühasirəsindədir, polis rəisinin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. 

 

***

 

DİN-in mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov bildirib ki, 40-ci polis bölməsinin rəisinin bıçaqlandığı haqda deyilənlər yalandır.

 

***

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da APA-ya bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi Faiq Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəzi KİV-də yayılan xəbərlər həqiqəti əks etdirmir. E.Sultanov həmçinin yalan və dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyi barədə KİV nümayəndələrinə xəbərdarlıq edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR