Bahalı baş daşlarına qadağa qoyulacaq - RƏSMİ

img

27-11-2014 [17:33]


"Bahalı baş daşlarının qoyulması qadağan olunacaq”.

Bu barədə AzNews.az-aƏhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

O bildirib ki,qəbrlərə bahalı baş daşlarının qoyulmasının qarşısının alınmasıilə bağlı layihə hazırlanır, amma hələ ki, bununla bağlı qəti qərar yoxdur.



Baş mühəndis onu da bildirib ki, Bakı şəhərində qəbristanlıqlar üçün xüsusi yerlər ayrılacaq. S.Həsənovun sözlərinə görə, qəbristanlıqların köçürülməsi ilə bağlı yayılan məlumatlar isə yalandır:

"Qəbristanlığın köçürülməsi üçün ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı olmalıdır. Müəyyən sahə ayrılmalı, həmin sahə təmizlənməli, qəbristanlıq üçün yararlı vəziyyətə gətirilməlidir. Bundan sonra qəbristanlığın köçürülməsinə baxıla bilər. Çünki qəbristanlıq köçürülməsi asan iş deyil”, - deyə Sabir Həsənov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR