“Batumidə bəzi QHT-lər öz üzlərini göstərdilər” - Aydın Hüseynov

img

27-11-2014 [16:20]


Son günlər Batumidə keçirilmiş beynəlxalq tədbirdə Azərbaycanın bəzi QHT-nın Azərbaycan əleyhinə çıxışlarına reaksiyalar davam etməkdədir. 

Bununla ekspert Aydın Hüseynov bildirib ki, Batumda keçirilən beynəlxalq konfransda iştirak edən QHT-rı ilk növbədə öz ölkəsinin maraqlarını üstün tutmağa borclu idilər.

"İstənilən məqamda, istənilən anda, istər burda maddi qaynaqlar olsun, istərsə də digər qaynaqlar olsun, dövlət marqlarımız hər şeydən üstün tutulmalıdı. Əgər belə bir addım atanlar vardırsa, onlar xəyanətkarlardırlar, onlar Azərbaycan xalqına qarşı xəyanət etmiş insanlardırlar. Bu yolu gedənlər qanun qarşısında cavab verməlidirlər”.
 
Aydın Hüseyovun sözlərinə görə, Batumidə iştirak edən və Azərbaycan dövlətinə qarşı kəskin mövqedə duran QHT-nı belə qəzəbəndirən amil, onların uzun illərdi müxtəlif xarici fondlardan aldıqları qrantların kəsilməsidi. Onun sözlərinə görə, belə QHT-rı məhz o qrantları aldıqları zaman müxtəlif öhtəliklər götürürdülər. Bu öhtəliklər əsasən Azərbaycanda qarşıdurmalr yaratmağa, dövlətin son illər həyata keçirmiş olduğu müxtəlif lahiyələrə kölgə salmağa xidmət edib.
 
Ekspertin fikrincə, Azərbaycan dövlətinin xaricdəki müəyyən fondların Azərbaycana heç də xoş olmayan məkirli planların həyata keçirilməsi yönündə vermiş olduqları qrantların qarşısını kəsməsi norml haldı və hər bir dövlət belə bir qərar verməkdə müstəqildi.

"Birinci növbədə Azərbaycan dövləti özünün dövlət maraqlarının qorunması istiqamətində öz addımlarını uğurla atır. Eyni zamanda baş verən proseslər də göstərdi ki, kənardan daxil olan o qrantların əsas hissəsi xoşməramlı addımların atılması üçün daxil olmur. Azərbaycan dövləti də belə olduqda məhz Azərbaycanda qarmaqarışıqlığın yaradılması istiqamətində verilən qrantların qarşısın doğru şəkildə almış oldu. Əlbətdə bu adımlar atıldıqda da həmin o QHT-də, o qrant verən xarici fondlarda da Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı müəyyən qıcıq yaraanmış oldu. Bunlar məhz bu tip beynəlxalq konfranslarda belə bir mövqe ortaya qoymaqla, nəyə və kimlərə xidmət etdiklərini göstərmiş oldular”.

Vətəninfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR