Etibar Pirverdiyev sakinləri təhdid edir?! - VİDEO

img

27-11-2014 [16:15]


"Azenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Mingəçevir şəhərinin bir qrup sakinin evsiz qoymaq fikrindədir.

Vətəninfo.az-a daxil olan məlumata görə, Pirverdiyev şəhərin Təbriz küçəsinin sakinlərini hündürlüyü 4-5 metr olan öncə hündür divarlarla blokadaya alıb, sonra isə ordadan çıxmağı tələb edib. Müxtəlif metodlarla, təhdidlərlə sakinləri buradan didərgin salan Pirvediyev əhalidə xof yaratmağı da bacarıb.  Ərazidə aparılan tikinti ilə bağlı sakinlərə heç bir  açıqlama verilmir. Qeyd edək ki, buranın sakinləri Qarabağdan qaçqın düşmüş insanlardır. Mingəçevir İcra Hakimiyyətindən bildiriblər ki, orada hansı tikintinin aparıldığından xəbərləri və bununla bağlı qərarları yoxdu. Sakinlər qorxudan heç kimə şikayət etmir. Çünki Pirverdiyevdən şikayət edənləri həbs təhlükəsi gözləyir. Şikayət etməyə qorxan əhalinin yeganə yolu ərazidən köçməkdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR